Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı
söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə
nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər .
Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi
yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında,
saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və
ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi
olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər.
Buraya nəqliyyat vasitənizin matorunu söndürülməsi
məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı
hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı
binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və
atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin
avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.